"Neftçi" yeni müdafiəçi transfer ETDİ

21:19 24.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Neftçi” 2026-cı il yay transfer dönəmində sayca üçüncü keçidini rəsmiləşdirib.

Hafta.az xəbər verir ki, qvadelupalı müdafiəçi Endryu Qravilyon “ağ-qaralar”ın yeni üzvüdür.

28 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb. O, 55 nömrəli formanı geyinəcək.

Qravilyon İtaliya, Fransa və Türkiyə liqalarında oynayıb.

O, Qvadelupa milli komandasının heyətində 19 matça çıxıb, 2 qol vurub.